Azərbaycan və Somali arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının XIX Zirvə Görüşü çərçivəsində Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri vəzifələrini icra edən dövlət naziri Əli Məhəmməd Ömər ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Somali arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov, iki ölkənin coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı təmaslar və əməkdaşlığın münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Somali tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyə görə təşəkkür ifadə olunub.

