Azərbaycan atleti Çexiyada gümüş medal qazanıb

Azərbaycan atleti Nazim Babayev Çexiyanın Yablonets nad Nisou şəhərində Dünya Atletikasının bürünc səviyyəli turnirində gümüş medal qazanıb.

Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, idmançı "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 7.51 metr nəticə göstərib.

Nazim Babayev yalnız yerli atlet Radek Yuşkadan geri qalıb.