"Neftçi" "Sabah"la oyuna ciddi itkilərlə çıxacaq

"Neftçi" klubu Azərbaycan Premyer Liqasının XIX turunda bu gün keçiriləcək "Sabah"la matça itkilərlə çıxacaq.

Klubdan verilən məlumata görə, məşq prosesində ayaq əzələsini zədələyən Kilan Lebon və Azər Əliyev bu qarşılaşmada iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, "Sabah" - "Neftçi" oyunu saat 16:00-da start götürəcək.