Türkiyədə güclü zəlzələ oldu
Türkiyənin İzmir şəhərinin Menderes rayonunda 5.1 maqnituda gücündə zəlzələ olub.
Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələ Ege dənizində qeydə alınıb.
Təbii fəlakətin nəticələri barədə hələlik məlumat yoxdur.