GUAM PA-nın müşahidəçisi: Bu saata qədər seçkilərdə pozuntularla bağlı heç bir şikayət daxil olmayıb

Bu saata qədər seçkilərdə pozuntularla bağlı heç bir şikayət daxil olmayıb.

 

Bunu GUAM-ın Parlament Assambleyasının müşahidəçisi, Ukrayna Ali Radasının deputatı Mixail Papiyev deyib.

 

“Müşahidəçi qismində Sumqayıtı ziyarət etdik, 4 seçki məntəqəsində olduq. Bakıda isə artıq sayca 3-cü məntəqəni ziyarət edirik. Ayrı-ayrı müşahidəçilərlə ünsiyyətdə olduq. Xoş haldır ki, seçkilərdə fərqli namizədlərdən siyasi qüvvələrin müşahidəçilər var. Bu saata qədər seçkilərdə pozuntu, yaxud əngəllərlə bağlı heç bir şikayət daxil olmayıb. GUAM-ın müşahidəçisi kimi, olduğum 7 məntəqənin hər birində seçkilərin təmiz, şəffaf və demokratik keçdiyini deyə bilərəm”, - Mixail Papiyev deyib.

 

APA