Güclü külək əsəcək - XƏBƏRDARLIQ
![](resizer.php?src=photos/2024/02/1707312189.jpg&h=475&w=690&zc=1&q=90)
Bakıda və Abşeron yarımadasında fevralın 8-dən 9-dək cənub-qərb küləyinin 15-18 m/s, gecə və axşam arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın rayonlarında fevralın 8-dən 9-u səhərədək qərb küləyinin bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.