İqlim üzrə xüsusi nümayəndənin müavini Bakıya səfərə gəlib

İqlim üzrə xüsusi nümayəndənin müavini Azərbaycana səfərə gəlib.

Bu barədə ABŞ səfirliyindən məlumat verilib.

Bildirilir ki, ABŞ Səfirliyi İqlim üzrə xüsusi nümayəndənin müavini Syu Biniazini Azərbaycanda salamlamaqdan məmnundur.

"Xanım Biniaz noyabrda Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-ın dəstəyini vurğulamaq üçün hökumət rəsmiləri ilə görüşəcək", məlumatda qeyd olunub.//Trend