Azərbaycan boksçuları “Adriatik incisi” turnirində iştirak edəcəklər
Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində keçiriləcək gənclər arasında ənənəvi “Adriatik incisi” turnirində iştirak edəcəklər.
Azərbaycan Boks Federasiyasından Trend-ə bildirilib ki, martın 5-də start götürəcək yarışda millinin 11 üzvü mübarizə aparacaq.
Turnirdə yığmanın baş məşqçisi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında Bilalhəbəşi Nəzərov (48 kiloqram), Zidan Hümbətov (51 kiloqram), Məhəmmədəli Aşurəliyev (57 kiloqram), İbrahim Zeynalov (63,5 kiloqram), Hüseyn Hacıyev (67 kiloqram) və Ziya Həsənov (71 kiloqram) qüvvələrini sınayacaqlar.
Qızların yarışında isə məşqçi Anar Baxışovun rəhbərliyi ilə Lalə Mədətova (48 kiloqram), Nərmin Əlizadə (50 kiloqram), Aynur Mikaylov (54 kiloqram), Qızbəs İsgəndər (57 kiloqram) və Emili Rzayeva (63 kiloqram) rinqə çıxacaqlar.