Moskvadakı terror aktı ilə əlaqədar 11 nəfər saxlanılıb

"Crocus City Hall"da terror aktında iştirak edən 4 terrorçu da daxil olmaqla 11 nəfər saxlanılıb.

Yerveinsan.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Prezident Vladimir Putinə məruzəsində bildirib.

Məlumatda bildirilib ki, "Crocus City Hall"a hücum edən terrorçuların hamısı saxlanılıb. 

Xatırladaq ki, ötən axşam Moskvada "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 80-dən çox adam ölüb, 100 nəfərdən artıq yaralı var.