Rusiya Ukraynada daha 820 hərbçisini itirib

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 820 hərbçisini itirib.

UNIAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 440 790 nəfərə çatıb. 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 8 tank, 27 zirehli döyüş maşını, 28 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.