Şahmatçılar arasında Azərbaycan çempionatında 3-cü turun görüşləri keçirilib

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında 3-cü turun görüşləri keçirilib.

Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, hesabat turunda reytinq favoriti Aydın Süleymanlı Rüstəm Rüstəmov üzərində qələbə qazanıb. Məhəmməd Muradlı Vüqar Manafovu, Misrətdin İsgəndərov isə Şiroğlan Talıbovu məğlub edib. Süleyman Süleymanlı, Vüqar Manafov və Murad İbrahimli də turu qələbə ilə başa vurublar. Digər partiyalar heç-heçə yekunlaşıb.

Üç turdan sonra məğlubiyyətsiz irəliləyən Məhəmməd Muradlı və Aydın Süleymanlı ilk pillələrdə qərarlaşıblar. Liderlər hərəyə 2,5 xal toplayıblar. Sonrakı yerlərdə Read Səmədov, Abdulla Qədimbəyli, Xəzər Babazadə, Süleyman Süleymanlı, Vüqar Manafov, Misrətdin İsgəndərov və Namiq Quliyev tuturlar. Onların hər birinin 2 xalı var.

Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.