Türkiyədə 5,6 maqnitudada zəlzələ olub
Türkiyədə Tokat şəhərinin Sulusaray rayonunda 5,6 maqnitudada zəlzələ olub.
Bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, dərinliyi 5,99 kilometr olan zəlzələ ətraf əyalətlərdə də hiss olunub.