Bakının dünyanın idman paytaxtı olması ilə bağlı namizədliyi İRƏLİ SÜRÜLDÜ

2026-cı ildə dünyanın "İdman Paytaxtı" tituluna sahib olmaq üçün Bakı şəhərinin namizədliyini irəli sürülüb.

Yerveinsan.az xəbər verir ki, bununla əlaqədar ölkəmizdə səfərdə olan Dünya İdman Paytaxtı Mükafatı üzrə Qiymətləndirmə Kommisiyasının nümayəndələrinin iştirakı ilə mətbuat konfransı təşkil olunub.

Ölkəmizdə səfərdə olan qonaqlar Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə maraqlanıblar. Səfər zamanı Su İdmanı Sarayının, Avropa Oyunları Parkının, Dənizkənarı Milli Parkın, cüdo üzrə yığma komandaların Təlim-Məşq Mərkəzinin, Bakı Kristal Zalının, Mərkəzi Parkın, Respublika Olimpiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar. “Ocaq” İdman Klubuna, “Gənclik Sağlamlıq” İdman Kompleksinə, Milli Gimnastika Arenasına, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutuna da baxış keçirilib.

Qonaqlar həmçinin gənclər və idman naziri Fərid Qayıbovla görüşüblər, eləcə də Bakının namizədliyinin təqdimat mərasimində iştirak ediblər.

Nümayəndə heyəti "Böyükşor" parkının, "Dreamland"in, Bakı Olimpiya Stadionunun fəaliyyəti ilə maraqlanıb.