Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-dək nəzərdə tutulmuş işlərin 35 faizə yaxını yerinə yetirilib.
Bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatında deyilir.
Bildirilib ki, 28 sərhəd dirəyi quraşdırılıb. İki dövlətin ekspert qruplarının işi davam edir.