Baş nazir Əli Əsədov Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 1-də Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçla görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ölkəmizdə demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş davamlı islahatlar barədə söhbət açılıb.

Azərbaycan ilə Türkiyə arasında müxtəlif istiqamətlərdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əməkdaşlığın davamlı inkişafından məmnunluq ifadə olunub.

İki ölkənin Ombudsman təsisatları arasında 2021-ci ildə Bakıda imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb, bu çərçivədə görülən işlərin müvafiq sahədə əməkdaşlığın inkişafına töhfə verdiyi bildirilib.

Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində inkişaf perspektivləri müzakirə edilib.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva da görüşdə iştirak edib.