İran hökuməti prezident seçkilərinin iyunun 28-də keçirilməsi barədə qərar qəbul edib
İran hökuməti ölkədə 14-cü prezident seçkilərinin iyunun 28-də keçirilməsi barədə qərar qəbul edib.
IRNA agentliyi xəbər verir ki, bu barədə İranın Konstitusiya Şurası və Daxili İşlər Nazirliyi məlumat yayıb.
Seçkilərin tarixi hazırda prezidentin səlahiyyətlərini icra edən birinci vitse-prezidenti Məhəmməd Moxber, məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhseni-Ejei və parlamentin spikeri Məhəmməd Baqer Qalibaf, eləcə də prezidentin hüquqi məsələlər üzrə müavini Məhəmməd Dehqan və digər nümayəndələrin iştirak etdiyi iclasda müəyyən edilib.