Narkotik vasitənin İrandan ölkəmizə keçirilməsinin qarşısı alınıb

May ayının 31-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 14 kiloqram 150 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə  DSX-dən məlumat verilib.

Qeyd edilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.