Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev aprelin 1-də Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəisi Gürsel İsmayılzadə və digər rəsmi şəxslər qarşılayıblar.

