Bakıda müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?

2023-2024-cü tədris ilində paytaxt məktəblərində müəllimlərin orta aylıq əməkhaqqının məbləği açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 985 manat təşkil edib.