Naməlum şəraitdə itkin düşmüş hərbçimizin nəşi tapıldı

İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.