Bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar arabir leysan xarakterli olub
İyunun 19-u saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar arabir leysan xarakterli olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Balakəndə 46 millimetr, Şəkidə 24 millimetr, Zaqatalada 12 millimetr, Ağstafada 8 millimetr, Ordubadda 7 millimetr, Qax (Sarıbaş), Ağdamda 6 millimetr, Ceyrançöl, Göygöl, Şəmkir, Şahdağ, Yardımlı, Qəbələ, Naxçıvan, Culfa, Daşkəsən, Tovuz, Gəncə, Balakən, Qusar, Qrız və Göyçayda 5 millimetrədək olub.
Şimal-qərb küləyi arabir Naftalan, Tərtər, Gəncədə 28 metr/saniyə, Goranboyda 27 metr/saniyə, Ağdamda 22 metr/saniyə, Beyləqan, Bərdə, Culfada 20 metr/saniyə, Mingəçevir, Şəmkirdə 18 metr/saniyə, Zaqatalada 17 metr/saniyə, Ceyrançöl, Naxçıvanda 16 metr/saniyə, Yevlaxda saniyədə 15 metrədək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan Muxtar Respublikasında 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.