“Linkoln”la qarşılaşacaq “Qarabağ” Cəbəllütariqə yollanıb

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq “Qarabağ” Cəbəllütariqə yollanıb.

Klubdan verilən məlumata görə, Ağdam təmsilçisi səfərə çarter reysi ilə yola düşüb.

“Qarabağ” Bakı vaxtı ilə saat 19:30-da oyunöncəsi son məşqinə çıxacaq.

Azərbaycan çempionunun heyətində üç futbolçu qarşılaşmada iştirak etməyəcək. Amin Ramazanov və Musa Qurbanlı zədə, Elvin Cəfərquliyev isə cəza səbəbindən görüşü buraxacaqlar.

Qeyd edək ki, iyulun 23-də keçiriləcək “Linkoln”–“Qarabağ” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komanda görüşdən sonra Vətənə qayıdacaq.