“Kəpəz” komandasının yeni icraçı direktoru müəyyənləşib

“Kəpəz” komandasının yeni icraçı direktoru müəyyənləşib.

Klubdan verilən məlumata görə, bu vəzifəyə Cabir İbrahimov təyin olunub. Bununla bağlı Gəncə təmsilçisinin rəhbərliyi müvafiq qərar qəbul edib.

Qeyd edək ki, Cabir İbrahimov 2016-2017-ci illərdə də “Kəpəz”də eyni vəzifədə çalışıb.