Çempionlar Liqası: “Qarabağ” bu gün cavab görüşünə çıxacaq

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab qarşılaşmasına çıxacaq.

 Ağdam təmsilçisi səfərdə 2:0 hesabı ilə məğlub etdiyi Cəbəllütariqin “Linkoln” komandasını doğma meydanda qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Matçı danimarkalı Yakob Sandberq idarə edəcək.