Paris COVID-19: İdmançılar yarış əvəzinə xəstəxanaya aparılır
Paris Olimpiya Oyunlarında amerikalı üzgüçülər Devid Conston və Lyuk Uitlok koronavirusa yoluxublar.
Bu barədə “SwimSwam” portalı məlumat yayıb.
Conston və Uitlokun təcrid olunmaq üçün otelə köçürüldüyü bildirilir. Eyni zamanda almaniyalı idmançı Manuel Eytelin də COVID-19 testi müsbət çıxıb və o, oyunlarda iştirakdan imtina edib. Onu Till Steynfort əvəz edəcək.
Bundan əvvəl Böyük Britaniyalı üzgüçü Adam Peaty və avstraliyalı Lani Pallisterdə də koronavirus aşkarlanmışdı. Olimpiya oyunlarının başlamasından əvvəl isə beş avstraliyalı su polosu oyunçusu koronavirusa yoluxmuşdu.
Parisdə keçirilən Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.//Екутв