Paris-2024: Mariya Stadnik 1/4 finala çıxıb

Paris Yay Olimpiya oyunlarında yarışlar davam edir.

 Azərbaycanın qadın güləşində yeganə təmsilçisi Mariya Stadnik mübarizəyə qoşulub.

50 kq çəki dərəcəsində yarışan təmsilçimiz 1/8 finalda almaniyalı idmançı Anastasiya Blayvasla üz-üzə gəlib.

Mariya rəqibini məğlub edərək 1/4 finala vəsiqə qazanıb.