Maria Stadnik karyerasını başa vurub
Azərbaycan millisinin qadın güləşçisi Maria Stadnik karyerasını bitirib.
Qadın güləşçi Maria Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurduqdan sonra bu addımı atıb.
Dördqat olimpiya mükafatçımızın M.Stadnik 1/4 finalda monqolustanlı Otqonjarqal Dolqoryava məğlub olaraq Paris Olimpiadası ilə vidalaşıb.
Qeyd edək ki, yunan-Roma güləşçisi Sabah Şəriəti də “Paris-2024” Yay Olimpiya Oyunlarında çıxışlını başa vurduqdan sonra karyerasını bitirib. “Rio-2016”nın bürünc medalçısı Sabah Şəriəti iranlı dünya çempionu Amin Mirzəzadəyə 0:4 hesabı ilə uduzaraq 5-ci yerlə kifayətlənib.