Anna Skidan mötəbər yarışda 2-ci yeri tutub

Azərbaycan atleti Anna Skidan Polşanın Xojuv şəhərində Brilyant Liqa çərçivəsində keçirilən Kamila Skolimovska Memorialında uğurlu çıxışla yadda qalıb.

Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, çəkicatma yarışında ölkəmizi təmsil edən idmançının göstəricisi 71.82 metr olub.

Bu nəticə ilə Anna Skidan mötəbər yarışda 2-ci yeri tutub.