Göygöldə zəlzələ olub
Sentyabrın 8-də Göygöl şəhərində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yerli vaxtla saat 10:25-də qeydə alınan yeraltı təkanların ocağı 14 kilometr dərinlikdə yerləşib.
Tovuz stansiyasından 29 kilometr şimal-şərqdə baş verən zəlzələ episentrdə və ətraf yaxın rayonlarında 3 bala qədər hiss olunub.