Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur

23 Mart 2025-ci il tarixinə faktiki hava məlumatı açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, 23 mart 2025-ci il saat 10:00-a olan vəziyyətə görə, ölkə ərazisinin əksər bölgələrində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir.

Yağıntı miqdarı:

15 mm: Lənkəran, Astara
8 mm: Cəlilabad
6 mm: Zaqatala, Balakən
5 mm: Sabirabad, Tovuz, Tərtər, Ağstafa, Lerik, Zərdab, Xocalı, Qax, Şəki, Qəbələ, Biləsuvar, Füzuli, Ceyrançöl, Şəmkir, Naftalan, Gəncə, Yardımlı, Altıağac, Quba, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Neftçala, İsmayıllı, Oğuz, Qobustan, Culfa, Ordubad, Sədərək, Bərdə, Goranboy, Şahbuz
2 mm: Bakı və Abşeron yarımadası

Qar yağan ərazilər:

Kəlbəcər, Laçın, Şuşa, Daşkəsən, Gədəbəy, Göygöl, Xaltan, Qusar (Laza)

 
Külək şəraiti:

20 m/s: Şahdağ
19 m/s: Goranboy
18 m/s: Naftalan
17 m/s: Bakı və Abşeron yarımadası

Dumanlı ərazilər və görünüş məsafəsi:

Daşkəsən, Göygöl, Xaltan, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Göyçay, Lerik, Qax, Şəki, Balakən, Zaqatala – görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Minimal temperatur:

7°C-yədək isti: Bakı və Abşeron yarımadası, Aran rayonları
2°C-yədək isti: Naxçıvan MR
9°C-yədək şaxta: Dağlıq rayonlar