Azərbaycan Dünya Köçəri Oyunlarında dördüncü medalını qazanıb
Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, buna alış yarışında Şəhanə Alməmmədova (75 kiloqram) nail olub. İdmançı bürünc medala yiyələnib.
Daha əvvəl qazaq güləşi yarışlarında Eyvaz Baxşıyev (65 kiloqram) gümüş, Elşən Dünyamalıyev (55 kiloqram) və Ülviyyə Bayramova (52 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, sentyabrın 13-dək davam edəcək yarışlarda Azərbaycan 8 növ üzrə 54 idmançı ilə təmsil olunur.