Azərbaycan ağırlıqqaldıranları dünya birinciliyində iştirak edəcəklər

Azərbaycan ağırlıqqaldıranları İspaniyanın Leon şəhərində keçiriləcək gənclər arasında dünya birinciliyində iştirak edəcəklər.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, yarışda Elşən Məmmədov (61 kiloqram), Ravin Alməmmədov (81 kiloqram) və Nurlan Məmmədzadə (89 kiloqram) gücünü yoxlayacaq.

60-a yaxın ölkədən 367 (168 qadın + 199 kişi) idmançının mübarizə aparacağı turnir sentyabrın 19-27-də baş tutacaq.