Xəzər dənizində zəlzələ olub

İlkin məlumata görə, yerli vaxtla saat 03:47-də Xəzər dənizində 4 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.