Dünya birjalarında neft bahalaşıb
Dünya birjalarında neft bahalaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,97 dollar artaraq 74,87 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,02 dollar artaraq 71,12 dollar təşkil edib.