Bu axşamdan Zabrat qəsəbəsinə suyun verilməsinə başlanacaq
Magistral içməli su xəttinin Zabrat qəsəbəsindən keçən hissəsində qəza baş verməsi səbəbilə aparılan təmir işləri başa çatıb.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda suyun durulma prosesi gedir.
"Bu gün suyun axşam saatlarından hissə-hissə verilməsinə başlanılacaq. Oktyabrın 10-u axşam saatlarından etibarən suyun ərazilərə əvvəlki rejimlə verilməsi bərpa olunacaq",- məlumatda qeyd edilib.