Naxçıvan Şahmat Federasiyası fəaliyyətini dayandırıb

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb.

Əsası 2002-ci ildə qoyulan federasiya bu gündən fəaliyyətini dayandırıb və ləğv olunub.

Bununla bağlı qurumun rəsmi feysbuk hesabında paylaşım edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyanın sədri Seymur Talıbov idi.