Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb - faktiki hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti dekabrın 7-si saat 10:00-a olan faktiki hava barədə məlumat yayıb.

Xidmətdən  bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb. Yağıntının miqdarı 3 millimetrədək olub.

Hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb. Lakin bu gün axşam saatlarından dekabrın 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.