Ermənistan və Türkiyə rəsmiləri sərhəddə görüş keçiriblər
Ermənistanın Ankara ilə danışıqlar üzrə xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə rəsmiləri ilə sərhəddə keçirilən görüş barədə məlumat verib.
Rubinyan görüşün dəqiq tarixini açıqlamasa da, müzakirələrin müsbət və konstruktiv atmosferdə keçdiyini bildirib. Tərəflər Ahurik-Akyaka dəmir yolu sərhəd keçidinin işə salınması ilə bağlı texniki detalları və nüansları müzakirə ediblər.
Qeyd edək ki, bu görüş və texniki qiymətləndirmə ilə bağlı razılıq, iyul ayında sərhəddə - Marqara keçid məntəqəsində Ruben Rubinyan və türkiyəli həmkarı Serdar Kılıç arasında keçirilən əvvəlki görüş zamanı əldə olunmuşdu.//Trend