Energetika naziri Lənkəranda vətəndaşlarla görüşüb

Energetika naziri Pərviz Şahbazov Lənkəran şəhərində vətəndaşlarla görüşüb.

Nazirlikdən bildirilib ki, qurumun aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların elektrik enerjisi təchizatı, sayğac quraşdırılması, elektrik enerjisindən istifadəyə görə borcun yaranması, elektrik qurğu və avadanlıqlarının mühafizə zonası və istismar vəziyyəti, təbii qaz təchizatı, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Görüşdə Lənkəran, Astara, Biləsuvar və Cəlilabaddan olan 11 vətəndaş iştirak edib.