Regionların inkişafına dair yeni dövlət proqramı hazırlanacaq
Azərbaycan hökuməti regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanmasını planlaşdırır.
Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ilin dövlət büdcəsi zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.
“2025-ci ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün böyük həcmdə vəsait nəzərdə tutulur.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası diqqət mərkəzində saxlanılacaq və 150 milyon manat vəsait ayrılacaq. Eyni zamanda Hökumət tərəfindən regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanması planlaşdırılır. Sənəddə sahibkarlığın inkişafının dəstəklənməsi, kənd yerlərində infrastrukturun inkişafı və məşğulluğun artırılması, turizm potensialının reallaşdırılması tədbirləri nəzərdə tutulur”, - Baş nazir qeyd edib.