Rusiyanın Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun “Dostluq” ordeni ilə təltifedilmə mərasimi olub
Dekabrın 17-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Azərbaycanın “Dostluq” ordeni ilə təltifolunma mərasimi keçirilib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rüstəm Minnixanov “Dostluq” ordeni ilə təltif edilib.