AFFA İntizam Komitəsinin qərarları açıqlanıb
AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.
Yerveinsan.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının III turundan təxirə salınmış “Şamaxı” – “Qarabağ” oyununda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” 800, azarkeşləri pirotexniki vasitədən istifadə etdiyi üçün isə Ağdam təmsilçisi 1500 manat cərimə edilib.