DSX və Türkiyə Quru Qoşunları Komandanlığı arasında birgə əməkdaşlığın perspektivləri müzakirə edilib
Dekabr ayının 23-də Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.
DSX-dən bildirilib ki, müzakirələr zamanı Azərbaycan-Türkiyə qardaşlığı, iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrdə olduğu kimi, müdafiə və sərhəd təhlükəsizliyi istiqamətində də əlaqələrin ən yüksək səviyyədə inkişafına zəmin yaratması vurğulanmış, qarşılıqlı əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə edilmişdir.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Quru Qoşunları Komandanlığı arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş, birgə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.