Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfərdədir.

Bununla bağlı Nazirlik "X" sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramov Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dərin ehtiramını və əziz xatirəsini yad etmək əlaməti olaraq Belqrad şəhərindəki Taşmaydan parkında onun abidəsi önünə gül dəstələri qoyub.