Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün aşağıdakı tərkibdə dövlət komissiya yaradılıb.
Sədr – Əli Əsədov, Azərbaycan Respublikasının Baş naziri
Üzvlər:
Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri
Kamran Əliyev – Azərbaycan Respublikasının baş prokuroru
Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri
Əli Nağıyev – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri
Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Arif Məmmədov - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru.