Birinci vitse-prezident Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Aktaudakı təyyarə qəzası ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!"