Vyetnam Prezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb
Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Başsağlığı məktubunda deyilir:
"Zati-aliləri.
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin dekabrın 25-də qəzaya uğraması nəticəsinə çoxlu sayda insanın həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Cənab Prezident, Vyetnam dövləti və xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, kədərinizi bölüşürəm".