İtaliya Azərbaycandan qaz idxalını artırıb – "Eurostat"
İtaliya Azərbaycandan təbii qaz idxalının həcmini xeyli artırıb.
Bu barədə Avropa İttifaqının statistik idarəsi – “Eurostat” məlumat verib.
2024-cü ilin oktyabr ayında İtaliya 879 milyon kubmetrdən çox Azərbaycan qazı idxal edib ki, bu da 2023-cü ilin oktyabr ayında idxal edilən 881,2 milyon kubmetrlə müqayisədə 0,25 faiz azdır. Bununla belə, bu həcm idxalın 743,8 milyon kubmetr təşkil etdiyi 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 18,2 faiz çoxdur.
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan qaz idxalı 2023-cü ilin eyni dövrü üçün 7,7 milyard kubmetrlə müqayisədə 3,6 faiz artaraq 7,98 milyard kubmetrə çatıb.
Həcm artımına baxmayaraq, qaz idxalının qiyməti bazar qiymətlərinin dəyişməsi ilə əlaqədar azalma nümayiş etdirib. 2024-cü ilin oktyabrında qaz idxalının qiyməti 2023-cü ilin oktyabrında 364,2 milyon avrodan 2,4 faiz və 2024-cü ilin sentyabrında 318 milyon avro ilə müqayisədə 17,3 faiz çoxdur.
Ümumilikdə, 2024-cü ilin yanvar-oktyabr ayları üçün Azərbaycandan qaz idxalının qiyməti 2,9 milyard avro təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 4 milyard avrodan 27,5 faiz azdır.
Azərbaycan 2020-ci il dekabrın 31-dən Xəzər regionundan qazı Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəql edən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracına başlayıb. 2022-ci ilin iyulunda Azərbaycan və Avropa İttifaqı, 2027-ci ilə qədər həcmi 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmağı planlaşdırıraq, bu dəhliz vasitəsilə qaz tədarükünü iki dəfə artırmaq barədə razılığa gəliblər.//Trend