Kəngərli rayonu ərazisində hərbi sursat aşkarlanıb
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayon polis şöbəsinin əməkdaşları tərəfindən Kəngərli rayon Çalxanqala kənd ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin əməkdaşları hadisə yerinə cəlb edilib. Polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilən sursatın 120 millimetrlik 2 ədəd top mərmisi olduğu müəyyən edilib.
Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.