Azərbaycan XİN Çinə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Çinə dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib.

Bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

“Çinin Şiqatse şəhərində baş vermiş dağıdıcı zəlzələ bizi dərindən kədərləndirir.

 Dost Çinə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların və bu fəlakətdən zərər çəkənlərin tezliklə sağalmasını arzu edirik”, - məlumatda deyilir.

Qeyd edək ki, Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) 6.8 ballıq zəlzələ olub. Zəlzələ nəticəsində 95 nəfər ölüb, azı 130 nəfər yaralanıb.